Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Dövlət Bayrağı Günü” qeyd olundu.

08 noyabr 2018 | 16:00

   08 noyabr 2018-ci il tarixdə Naftalan şəhər Heydər Əliyev Meydanında  9 noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov, şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri ilə yanaşı şəhər ictimaiyyəti də iştirak edirdilər.
       Tədbirdə 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün əhəmiyyətindən danışıldı və qeyd edildi ki, 17 noyabr 1990-cı il tarixdə Naxçıvan Ali Məclisinin sesiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın Dövlət Bayrağı elan edilməsi ilə bağlı qərar qəbul edilmişdir. 2009-cu il noyabrın 17-də Prezident cənab İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.
       Tədbir Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivinin ifasında azərbaycançılığı, dövlətçiliyi, vətənpərvərliyi tərənnüm edən mahnılar,rəqslər və  kompozisiyalar ilə davam etdirilmişdir.

 

Keçidlər