Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərinin nümayəndə heyəti Slovakiyanın Spisska Nova Ves şəhərində səfərdə olmuşdur.

20 iyul 2013 | 15:00

Naftalan şəhəri ilə qardaşlaşmış Fransanın Leql şəhəri, həmçinin İsveçrənin Leql, Almaniyanın Klaustal-Tsellfed və Slovakiyanın Spisska Nova Ves şəhərləri ilə qardaşlaşmışdır. Mövcud ənənələrə görə qardaşlmış şəhərlər həmin şəhərlərin qardaşlaşdığı   digər şəhərlərlə əlaqələr qurmasına imkan yaranır.
       Bununla əlaqədar olaraq Slovakiyanın Spisska Nova Ves şəhərinin meri Jan Volnyın dəvəti ilə şəhərdə beynəlxalq sərgi və ticarət yarmarkasında iştirak etmək məqsədilə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov və Naftalan Bələdiyyəsinin sədri Mahir Məmmədov 18-20 iyul 2013-cü il tarixlərində həmin şəhərdə səfərdə olmuşlar.
       İlk olaraq Spisska Nova Ves şəhəri ilə qonşu olan Koşitse şəhərinin görməli yerləri ilə   ( st.Elisabeth Kilsəsi, sənətkarlar küçəsi) tanışlıq olmuş, 19 iyul 2013-cü il tarixdə qardaşlaşmış şəhərlərin nümayəndə heyətləri və xaricdə yaşayan slovaklar Spisska Nova Ves şəhərinin meri tərəfindən Reduta konsert zalında rəsmi qəbul olunmuş və Spiş Muzeyində nümayiş etdirilən “Keçmişdə Spiş regionunda zənglər” sərgisi keçirilmişdir.
      Daha sonra Evangelist kilsəsində evangelist heykəllərinin və Spiş Ticarət Yarmarkasının rəsmi açılışı olmuşdur. Yarmarka ilə tanışlıqdan sonra nümayəndə heyətinə şəhər meri adından Metropol mehmanxanasında rəsmi ziyafət verilmiş, qarşılıqlı olaraq hədiyyələr təqdim olunmuşdur.
      Səfər çərçivəsində gələcəkdə Naftalan və Spisska Nova Ves şəhərləri arasında münasibətlərin qurulması sahəsində də müzakirələr aparılmışdır.

Keçidlər