Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Milli Qurtuluş günü qeyd olundu

14 iyun 2018 | 16:00

 Naftalan şəhərində 15-iyun Milli Qurtuluş günü ilə əlaqədar ümumşəhər tədbiri keçirilib. Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri  ilə yanaşı şəhər ictimaiyyəti də iştirak edib.
      Tədbir iştirakçıları öncə Ulu  Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər.
    Sonra şəhərin Heydər Əliyev Parkında Naftalan şəhər İcra Hakimiyyətinin və "Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin birgə təşkilatçılığı ilə “15 iyun –Milli Qurtuluş Günü” münasibətilə ümumşəhər bayram konserti təşkil edilib.
     Tədbirdə qeyd olunub ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.      
    Bayram konsertində respublikamızın tanınmış müğənnilərinin çıxışları şəhər sakinlərin,yerli və xarici qonaqların alqışları ilə qarşılanıb.Bayram konsertinin sonunda əzəmətli atəşfəşanlıq keçirilib.

Keçidlər