Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş şagirdlər arasında “Şən Startlar” əyləncəli idman oyunu keçirilib

24 may 2018 | 16:00

   24 may 2018-ci il tarixdə Naftalan şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Şən Startlar” əyləncəli idman oyunu keçirilmişdir. "28 May – Respublika günü”nün qeyd edilməsi, yeniyetmələr arasında dostluq və yoldaşlıq əlaqələrinin gücləndirilməsi və idmana marağın artırılması məqsədi daşıyan yarış şəhərin tam orta məktəblərin V-VI sinif şagirdləri arasında keçirilib. Qarşılıqlı hörmət və anlaşma şəratində keçirilən yarışda Naftalan şəhər Səməd Vurğun adına 2 №li tam orta məktəbin komandası qalib gəlmişdir. Qalib komanda şəhər Gənclər və İdman idarəsi tərəfindən diplom və qiymətli hədiyyə ilə təltif olunublar.

Keçidlər