Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərinin nümayəndə heyəti İtaliyada səfərdə olmuşdur.

19 iyun 2013 | 15:00

İtaliyanın Pozitano şəhərinin meri  Mikele De Luçanın dəvəti ilə  Pozitano və Naftalan  şəhərləri arasında olan münasibətləri daha da inkişaf etdirmək məqsədilə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun başçılıq etdiyi nümayəndə heyəti  13-18 iyun 2013-ci il tarixlərində Pozitano şəhərində səfərdə olmuşdur.
     Səfər zamanı nümayəndə heyətini  Azərbaycan Respublikasının  İtaliya Respublikasındakı Səfirliyinin əməkdaşları müşayiət etmişlər.
      İlk olaraq şəhər rəhbərliyi və ictimaiyyət ilə təşkil olunan görüş zamanı Pozitano sakinləri Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəyin iki xalq arasında mənəvi körpü yaratdığından Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasına maraqlarını bildirmişlər. Daha sonra Əsəd bəyin  qəbri və yaşadığı evi ziyarət edilmişdir.
     15 iyun 2013-cü il tarixdə nümayəndə heyəti Pozitanoda həmin şəhərin himayədarı müqəddəs San Vitoya həsr olunmuş musiqi festivalında fəxri qonaq qismində iştirak etmiş, tədbirin sonunda Pozitano şəhərinin meri adından rəsmi ziyafət verilmiş, qarşılıqlı olaraq hədiyyələr təqdim olunmuşdur.
      Səfər çərçivəsində iki şəhər arasında yaradılan əməkdaşlıq münasibətləri müzakirə edilmiş, eləcə də Pozitanonun  məşhur turizm guşəsi olduğu nəzərə alınaraq bu şəhərlə Naftalan şəhəri arasında iqtisadi, mədəni əlaqələrin müxtəlif mübadilə proqramları ilə möhkəmləndirməyin vacib olduğu qeyd olunmuşdur.

Keçidlər