Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda "2 fevral-Gənclər günü" qeyd olundu

02 fevral 2018 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin, YAP Naftalan şəhər Təşkilatının və şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 02 fevral 2018-ci il tarixdə Naftalan şəhərində "2 fevral-Gənclər günü" münasibətilə tədbir keçirilib. Gənclər ilk olaraq ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda dahi öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək  önünə çiçək  düzüblər.  
    Tədbir Naftalan şəhər Heydər Əliyev Mərkəzində davam etdirildi.  Mərkəzdə Ulu öndərin həyat və fəaliyyətini əks etdirən foto-stendlərə və gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra tədbir açıq elan edildi.
    Tədbiri giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin sədri Aynurə Novruzova gənclər gününün yaranma tarixi, dövlət gənclər siyasətinin əsasının qoyulması və gənclər siyasətinin həyata keçirilməsinin uğurlarından danışdı.
     YAP Naftalan şəhər Təşkilatının sədri Hatəm Qocayev çıxış edərək əlamətdar gün münasibətilə gəncləri təbrik edərək onlara uzun ömür, can sağlığı və Azərbaycanın çiçəklənməsi naminə uğurlar arzulayıb. Natiq çıxışında bu günün Ulu Öndərimiz tərəfindən gənclərə hədiyyə edildiyini diqqətə çatdırmışdır. O, bu gün Azərbaycan gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini  və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində gənclərin mühüm rol oynadığını bildirmişdir.
       Sonra Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilmiş gənclərə vəsiqələr təqdim edilmişdir. 
        Sonda şəhərin ictimai-siyasi, idman həyatında fəallıqları ilə seçilən  gənclərin bir qrupu və eləcə də 2016/2017-ci tədris ilində yüksək bal toplayaraq respublikanın ali təhsil müəssisələrinə qəbul olmuş tələbələr şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə təltif edilmişdir.

Keçidlər