Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər Heydər Əliyev Mərkəzində kino mövsümünün açılışı günü ilə əlaqədar “Arxada qalmış gələcək” filmi nümayiş etdirildi.

15 sentyabr 2017 | 16:00


         15 sentyabr 2017-ci il tarixdə Naftalan şəhər Heydər Əliyev Mərkəzində Gəncə Regional Mədəniyyət və Turizm idarəsinin Naftalan şəhər nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Milli kinonun inkişafına dair tədbirlər haqqında” 8 avqust 2017-ci il tarixli 186 nömrəli əmrinə uyğun olaraq kino mövsümünün açılışı günü ilə əlaqədar tədbir keçirilib.
        Tədbiri Gəncə Regional Mədəniyyət və Turizm idarəsinin Naftalan şəhər nümayəndəliyinin rəhbəri Zöhrab Adgözəlov açaraq tədbirin mahiyyəti haqqında iştirakçılara məlumat verdi.Sonra Naftalan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Elman Alıyev Azərbaycanda kino sənətinin yaranma tarixi barədə geniş danışdı.
      Sonda iştirakçılara “Arxada qalmış gələcək” filmi nümayiş etdirildi.

 

Keçidlər