Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının IX konfransı keçirildi.

17 may 2013 | 15:00

16 may 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyasının V Qurultayında iştirak etmək üçün nümayəndələrin seçilməsi məqsədilə Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının IX konfransı keçirilib.
      Konfrans iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək  abidənin  önünə  tər  çiçəklər düzüblər.
       Konfransın işində Naftalan şəhər icra Hakimiyyətinin başçısı Natiq Aslanov, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının baş təlimatçısı Rafael Gülməmmədov, Səs qəzetinin baş redaktoru Bəhruz Quliyev iştirak edərək Yeni Azərbaycan Partiyasının yaranması, formalaşması, eləcə də partiyanın cəmiyyət həyatında iştirakından söz açıblar.
      Sonra YAP Naftalan şəhər təşkilatından YAP-nın V Qurultayında iştirak etmək üçün nümayəndələr seçilib.
      Sonda  Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının  sədri cənab İlham Əliyevə müraciət oxunub.

Keçidlər