Şriftin ölçüsü :

Saytın rəngi :

Qırğız portalında Naftalan neftinin müalicəvi əhəmiyyətindən bəhs olunub

27 mart 2017 | 16:00

  Bişkekdəki “goldenbridgenews.com” portalı möcüzəli Naftalan nefti haqqında türk dilində məqalə yayıb.
        Yazıda bütün dünyada məşhur olan Naftalandan və onun şəfaverici xüsusiyyətlərə malik möcüzəli neftindən söhbət açılır. Bildirilir ki, Naftalanın tarixi 1873-cü ildən başlayır. O vaxt müalicəvi neft quyulardan kustar üsulla çıxarılıb. Naftalan sanatoriyası isə 1926-cı ildən fəaliyyət göstərir.
       Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri, eləcə də qara ciyər xəstəliklərinin dərmanıdır. Dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsində bu neft əvəzsiz vasitədir.Vurğulanır ki, bu neft vasitəsilə 70-ə yaxın xəstəlik müalicə edilir.

Keçidlər