Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndərin 90 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri keçirildi.

08 may 2013 | 15:00

Naftalan şəhərində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri keçirildi.
      Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri ilə yanaşı şəhər ictimaiyyəti və şəhərə istirahət və müalicəyə gələn qonaqlar da iştirak edirdi.
      Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda dahi öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, ulu öndərin abidəsinin önünə gül-çiçək dəstələri düzmüşlər.
      Abidəni ziyarət etdikdən sonra iştirakçılar  Heydər Əliyev Mərkəzinə gəlmiş və Heydər Əliyevin Azərbaycan xalqının səadəti yolunda etdiyi fədəkarlıqlar bir daha xatırlanmışdır. Eyni zamanda Yeni Azərbaycan Partiyası  sıralarına yeni qəbul olunmuş bir qrup gəncə  yeni üzvlük vəsiqələri, eləcə də  məktəblilər arasında keçirilən “Nəsillərə nümunə olan həyat yolu “  inşa yazı müsabiqəsinin qaliblərinə, fizika fənn olimpiadasında yer tutmuş  şagirdə və onun fənn müəlliminə diplom və fəxri fərmanlar təqdim olunmuşdur.
      Daha sonra Bayraq meydanında məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş və tədbir konsert proqramı ilə davam etmişdir.

Keçidlər