Şriftin ölçüsü :

Saytın rəngi :

“Çinar” və “Qarabağ” istirahət-sağlamlıq mərkəzləri Polşanın paytaxtı Varşava şəhərində 24-cü “TTWarsaw 2016” səyahət sərgisində iştirak edirlər.

24 noyabr 2016 | 16:00

Hər il ənənəvi olaraq keçirilən sərgidə 50-dək ölkədən turizm şirkətləri və otellər, həmçinin həmin ölkələrin regionları, rəsmi dövlət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.
İyirmi minədək insanın iştirak etdiyi sərgidə ziyarətçilərə Naftalan şəhəri, onun unikal müalicəvi əhəmiyyətə malik olan Naftalan nefti və bu şəhərdə turizm mərkəzlərinin göstərdikləri xidmətlər haqqında ətraflı məlumat verilir.
Sərgi iştirakçıları unikallığı və tibbi təsir gücü ilə seçilən, 70-dən çox xəstəliyin müalicəsində istifadə olunan Naftalan nefti və onun şəfaverici xüsusiyyətləri barədə öyrəndikləri məlumatın onlarda Azərbaycan haqqında böyük təəsürüt yaratdığını bildiriblər.
Tədbirlər çərçivəsində iştirakçılar arasında qarşılıqlı görüşlər keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, sərgi noyabrın 26-dək davam edəcək.

 

 

Keçidlər