Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Sağlam gənclik-sağlam gələcək!” adlı layihə ilə bağlı tədbir keçirilib.

23 noyabr 2016 | 16:00

 23 noyabr 2016-cı il tarixində Naftlan şəhərində “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam gənclik-sağlam gələcək!” adlı layihə ilə bağlı tədbir keçirib.
     Tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndələri, orta məktəb müəllimləri, son sinif şagirdləri və şəhər gəncləri iştirak edirdi. Tədbiri Naftalan Şəhər İcra Hakimiyyətində  ictimai- siyasi və humanitar məsələlər üzrə işin aparıcısı-baş məsləhətçi  Afət Mustafayeva açaraq qonaqları salamlayıb və layihənin aktuallığı ilə bağlı iştirakçıları məlumatlandırıb.
       Sonra birliyin sədri Elçin Manafov iştirakçıları ictimai birlik, həyata keçirilən layihənin donoru və layihə barədə ətraflı məlumat verib. O, sağlamlığın əhəmiyyətindən və gəncliyin önəmindən danışaraq iştirakçılara öz tövsiyələrini verdi.
      Daha sonra ekspert Samir Elmioğlu gənclərə havaların soyuması ilə bağlı mövsümü xəstəliklərdən qorunma, süni tənəffüs, suda boğulma, gün vurma, zəhərlənmə, donvurma, qanaxmalar, ürək tutması, şok, çıxıqlar və s. kimi günümüzdə hər kəsin bilməsi lazım olan mövzularla çıxış edib, belə hallarda ilk yardım göstərilməsi haqqında məlumat vermişdir.
      Tədbir diskussiya və müzakirə şəraitində keçib. İştirakçılarını maraqlandıran suallar cavablandırılıb və sonda xatirə şəkilləri çəkdirilib.

Keçidlər