Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Ədliyyə işçilərinin peşə bayramı qeyd edildi.

22 noyabr 2016 | 16:00

22 noyabr 2016-cı il tarixdə Naftalan şəhərində Ədliyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə işçiləri, ədliyyə qulluqçuları iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
       Tədbirdə Naftalan şəhər  İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək məhkəmə və ədliyyə işçilərini peşə bayramı günü münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
    Tədbirdə ədliyyənin fəaliyyətinə böyük diqqət və qayğıya görə iştirakçılar adından dövlətimizin başçısına dərin minnətdarlıq ifadə olunub.

Keçidlər