Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan” mövzusunda tədbir keçirilib.

15 sentyabr 2016 | 16:00

Yeni tədris ilinin başlaması ilə əlaqədar Naftalan şəhərinin məktəblərində 15 Sentyabr – “Bilik Günü” böyük təntənə ilə qeyd olundu. S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Naftalan şəhəri üzrə nümayəndəsi, S.Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırova açaraq  Bilik Fondunun fəaliyyətindən və Naftalan ictimaiyyəti ilə uğurlu əməkdaşlığından danışdı. Eyni zamanda qeyd etdi ki, əsası Ümummilli lider  Heydər Əliyev tərəfindən qoyulmuş təhsil strategiyası bu gün dövlət başçısının və Heydər Əliyev fondunun hərtərəfli qayğısı ilə yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir, ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir, fəal milli maarifçilik xətti yeridilir, Azərbaycan təhsili dünya təhsil sisteminə inteqrasiya olunur, təhsil sahəsinə əhəmiyyətli investisiya qoyuluşunun təmin edilməsi xüsusi önəm daşıyır.
       Naftalan Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər üzrə baş məsləhətçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mühazirəçisi Afət Mustafayeva iştirakçıları “Bilik günü” münasibətilə təbrik etdərək,   Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan” mövzusunda geniş və əhatəli çıxış etdi. O, qeyd etdi ki, Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir. Heydər Əliyev fenomeninin əsas xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, o, başladığı işlərin nəticəsini əvvəlcədən görür və hesablaya bilirdi.
     Bir sözlə, keçdiyimiz qısa tarixi dövr sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə məktəblilər və müəllimlərlə yanaşı, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Keçidlər