Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər “Yeni Azərbaycan” və “Bələdiyyə” təşviqat qruplarının seçicilərlə görüşü keçirildi.

15 sentyabr 2016 | 16:00

15 sentyabr 2016-cı il tarixdə Naftalan şəhər “Yeni Azərbaycan” və “Bələdiyyə” təşviqat qruplarının seçicilərlə görüşü keçirildi.
    YAP Naftalan şəhər  təşkilatı sədri Hatəm Qocayev  26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumla bağlı seçicilərə ətraflı məlumat verdi.
        Azərbaycan Respublikası Milli Məclisin deputatı Mahir Aslanov çıxış edərək bildirdi ki,  təklif olunan əlavə və dəyişikliklərin təməlində ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlar, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatlar, ölkəmizin dünya miqyasında artan nüfuzu, bütün sahələrdə sürətli tərəqqi və digər çoxsaylı uğurlar dayanır. 2002 və 2009-cu illərdə də Konstitusiyamıza müəyyən əlavə və dəyişikliklər edilib. Məhz bu referendumlardan sonra inkişafın yeni mərhələsi başlanıb. Azərbaycan dünyada özünü xeyli dərəcədə tanıda bilib, ölkəmizdə artıq müxtəlif mötəbər beynəlxalq miqyaslı tədbirlər keçirilir.
      Naftalan şəhər YAP Qadınlar şurasının sədri Afət Cabbarova çıxış edərək seçiciləri 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda əlavə və dəyişikliklərə səs verməyə çağırıb.
     Sonda S.Vuğun adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Sədrəddin Muradov çıxış edərək Konstitusiyanın 23 maddəsində dəyişiklik, həmçinin əlavə ediləcək 6 yeni maddələr barədə seçicilərə geniş məlumat verdi.Həmçinin qeyd etdiki, naftalanlı seçicilər bütün əvvəlki seçkilərdə və referendumlarda olduğu kimi bu il 26 sentyabrda keçiriləcək seçkilərdə daha fəal iştirak edəcək, referenduma “HƏ” deyəcək, bununla da ölkəmizin prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşəcəklərini nümayiş etdirəcəklər.

 

Keçidlər