Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində “Bilik Günü” qeyd edildi.

15 sentyabr 2016 | 16:00

    15 sentyabr 2016-cı il tarixdə şəhərin tam orta məktəblərində Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəb direktorları müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik ediblər. Sonra Təhsil Şöbəsinin müdir əvəzi  Rəna Dəmirova və Şəhər İcra Hakimiyyətinində ictimai- siyasi və humanitar məsələlər üzrə işin aparıcısı-baş məsləhətçi  Afət Mustafayeva şagirdləri qazandıqları nailiyyətlərə görə və qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik edərək  onlara uğurlar arzulayıblar.
       “İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanıldı. İlk dərs  vətənpərvərlik mövzusuna həsr olunub.Naftalan şəhəri üzrə  yeni tədris ilində I sinifə  qəbul olan uşaqların sayı 178-olub.

Keçidlər