Şriftin ölçüsü :

Saytın rəngi :

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Naftalanda vətəndaş qəbulu keçirəcək.

23 avqust 2016 | 16:00

 Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən avqustun 26-da Naftalan şəhərində vətəndaş qəbulu keçiriləcək.
       Qəbulda Naftalan şəhərində, Goranboy, Bərdə, Ağdam, Tərtər, Xocavənd və Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
     Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
       Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və komitə Aparatının (012) 490 24 08 (daxili 105 və 200), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin  (2020) 5 56 05 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Keçidlər