Şriftin ölçüsü :

Saytın rəngi :

Kompyuter Oyunları Üzrə Gənclər Arasında X Azərbaycan Milli Çempionatının zona yarışının final mərhələsi keçirilib.

19 avqust 2016 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2016-cı ilin II yarımillik iş  planına əsasən, 17 avqust 2016-cı il tarixdə Şəmkir rayonunda Kompyuter Oyunları Üzrə Gənclər Arasında X Azərbaycan Milli Çempionatının zona yarışının final mərhələsi keçirilib. Gənclərin intellektual səviyyəsini, kompyuter texnologiyaları sahəsində biliklərini artırmaq, asudə vaxtlarının səmərəli təşkilini təmin etmək məqsədilə keçirilən Azərbaycan Milli Çempionatının zona mərhələsində komanda oyununda Naftalan şəhər komandası II yerə layiq görülmüş və Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak üçün vəsiqə qazanmışdırlar. Komandamızı qazandıqları qələbə münqasibətilə təbrik edir və final mərhələsində uğurlar arzulayırıq.

Keçidlər