Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil naziri Naftalan şəhərində vətəndaşları qəbul edəcək

18 avqust 2016 | 16:00

Təhsil naziri Mikayıl Cabbarov avqustun 29-da saat 11.00-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin avqustunda şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Göygöl, Samux, Daşkəsən, Goranboy rayonlarının və Naftalan, Gəncə şəhərlərinin sakinlərini qəbul edəcək.
  Qəbulda həmin rayonlarda və şəhərlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
  Qəbula gəlmək istəyən vətəndaşlar avqustun 18, 19, 22, 23, 24 və 25-də bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
  Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

 

Keçidlər