Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Milli Qurtuluş günü qeyd olundu.

14 iyun 2016 | 16:00

Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri ilə yanaşı şəhər ictimaiyyəti, eləcə də şəhərə istirahət və müalicəyə gələn qonaqlar da iştirak edirdi.
      Tədbir iştirakçıları vətənpərvərliyə aid musiqi sədaları altında öncə ulu  öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, abidəsinin önünə gül-çiçək dəstələri düzmüşlər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ümummilli Liderin Azərbaycanın həyatında müstəsna rolundan və Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışılıb.
       Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev  müasir Azərbaycan qurucusu və memarıdır. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən bu böyük şəxsiyyətin keçdiyi şərəfli ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər müasirlərimiz, eləcə də gələcək nəsillər üçün əsl örnəkdir.
        Daha sonra məktəblilər arasında bir sıra müsabiqələrin respublika mərhələlərində uğur qazanmış şagirdlər şəhər İcra Hakimiyyəti tərəfindən diplomlarla təltif edilib. Sonda məktəblilərin ifasında “Həmişə yaşar dahi” adlı  kompozisiya nümayiş etdirilib.

 

Keçidlər