Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 90 illik yubileyi təntənə ilə qeyd edilmişdir

20 aprel 2013 | 15:00

Aprelin 19-da Naftalan  Şəhər İcra Hakimiyyəti şəhər Xəstəxanası ilə birlikdə görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olumuş konfrans keçirmişdir.
     Tədbiri giriş sözü ilə açan şəhər Xəstəxanasının baş həkimi İsmayıl Muradov  Zərifə xanım Əliyevanın mənalı həyat və fəaliyyətindən, alim kimi qazandığı böyük uğurlardan, eləcə də oftomologiya sahəsində göstərdiyi misilsiz xidmətlərdən məlumat verdi.
      Eyni zamanda qeyd edilmişdir ki, Zərifə xanım Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev kimi dahi bir şəxsiyyətlə birgə yaşamış, ömür-gün yoldaşı olmuşdur. Heydər Əliyevin həyata keçirdiyi geniş miqyaslı quruculuq işlərində Zərifə xanımın da xidməti olmuşdur.
      Sonda bildirlimişdir ki, bu gün Azərbaycan xalqı ulu öndərllə və onun həyata keçirdiyi işlərin davamçısı, Prezident İlham Əliyevlə fəxr edir.

Keçidlər