Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Zamanın idarə olunması və həyatda balans” mövzusunda seminar keçirildi.

24 may 2016 | 16:00

Bu gün Yeni Azərbaycan Partiyası Naftalan şəhər Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Naftalan şəhər Heydər Əliyev Mərkəzində “Zamanın idarə olunması və həyatda balans” mövzusunda seminar keçirilmişdir. Tədbiri giriş sözü ilə Naftalan ŞİHB aparatının baş məsləhətçisi-ictimai-siyasi və humanitari məsələlər üzrə işin aparıcısı Afət Mustafayeva açaraq gəncləri salamlayıb və seminarın işinə uğurlar diləyib.
       Daha sonra söz təlimçi Sahil Hüseynova verilib. S.Hüseynov gənclərə zamanın idarə olunmasının əsas prinsiplərindən söz açaraq vaxtın düzgün bölünməsi, həyatda balansın qurulması barədə ətraflı məlumat vermişdir.
          Sonda  gənclərin tərəfindən verilən suallar cavablandırılmışdır.

Keçidlər