Şriftin ölçüsü :

Saytın rəngi :

İş axtaran vətəndaşların nəzərinə!

23 may 2016 | 16:00

Naftalan şəhər Məşğulluq Mərkəzinin rəhbərliyi bildirir ki, 10 iyun 2016-cı il tarixdə Naftalan şəhərində “Əmək Yarmarkası” keçiriləcəkdir. Sizin hər biriniz bu “Əmək Yarmarkası”nda iştirak etməyə dəvət olunursuz.
      Həmin gün Siz, müəyyən iş yeri tapmaq, ictimai ödənişli işlə təmin olunmaq imkanı əldə edə bilərsiniz. Bunun üçün Siz 10 iyun 2016-cı il tarixdə saat 1100-da şəxsiyyət vəsiqənizi, diplomunuzu, əmək kitabçasını götürüb “Əmək Yarmarkası” keçirilən ünvana, yəni Naftalan şəhər ƏSMM-nin inzibati binasına gəlməlisiniz.
      Əlavə məlumat almaq üçün aşağıda qeyd olunan ünvana müraciət edə bilərsiniz.
Naftalan şəhər Nizami Gəncəvi döngəsi 1,
Naftalan şəhəri ƏSMM-nin inzibati binası,
Əlaqə telefonları: (022)352-25-90,  352-31-37

Keçidlər