Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin 24, 25, 26, 28, 29 və 32 nömrəli çoxmərtəbəli yaşayış binalarının sakinləri ilə növbəti görüş keçirildi.

23 aprel 2013 | 15:00

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı  Natiq Aslanov  2013-cü il aprelin 24-də  şəhərin 24, 25, 26, 28, 29 və 32 nömrəli çoxmərtəbəli yaşayış binalarının sakinləri ilə növbəti dəfə görüşdü.
     Təşkil olunan səyyari qəbulda şəhər rəhbəri ilə yanaşı, İcra Hakimiyyəti başçısının müavini, məsul işçilər, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 45-ə yaxın şəhər  sakini iştirak edirdi ki, bu da qaldırılan problemlərin yerindəcə həll olunmasına imkan yaratmışdır.
     Görüşdə ilk öncə şəhər İcra Hakimiyyətinin başçısı sakinlərə  “Azərbaycan Respublikası  regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının Respublikanın bütün bölgələrində olduğu kimi Naftalan şəhərində də uğurla icra edildiyini bildirdi.
     Həmçinin qeyd olundu ki, şəhərimizin ağır problemlərindən olan su və kanalizasiya probleminin həlli məqsədilə artıq işlərə başlanılıb. Bunun da nəticəsində əhali su ilə fasiləsiz olaraq təmin olunacaqdır. Şəhərin mövcud çirkab sularının  təmizləyici qurğuları da yenidən quraşdırılacaqdır. 
     Daha sonra sakinlərin problemləri dinlənildi.
     Yuxarıda qeyd olunan binanın sakinləri çıxış edərək yaşadıqları binanın həyətindən məişət tullantılarının daşınmasına, binada yağış sularının ötürücü sisteminin təmizlənməsinə, zirzəmidən çirkab sularının çəkilməsinə və digər məsələlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etdilər.
    Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi və hər qəbulda olduğu kimi bu dəfə də  qaldırılan problemlərin həll edilməsi üçün mövcud imkanlardan istifadə olundu.

Keçidlər