Şriftin ölçüsü :

Saytın rəngi :

İŞĞALÇI ermənistanı bütün dünyada ifşa etmək üçün SƏS VERİN!

15 aprel 2016 | 16:00

https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe bu linkə girin.

1.Açılmış səhifənin sol tərəfində ingilis dilində petisiyanın mətni, aşağı hissəsində verilən səslərin sayğacı, sağ tərəfində isə "Add your name" adlı səsvermə bölməsi yerləşir.2. Səsvermə bölməsindəki xanalar doldurulmalıdır:

1-ci xana  - First Name (səs verənin adı)
2-ci xana  - Last Name (səs verənin soyadı)
3-cü xana - Email Address (səs verənin elektron poçt ünvanı (e.mail)
4-cü xana - Zip Code (poçt indeksi, Naftalan şəhəri üzrə AZ 4600). Bununla bağlı səs verənləri yaşadıqları ərazinin poçt indeksi barədə məlumatlandırmaq zəruridir.
3.. Qeyd olunan xanaları doldurduqdan sonra “Sign now” yazılı düyməni klik edin (tıklayın).
4. Dərhal elektron poçtunuzu açın, çünki göstərdiyiniz elektron ünvanınıza (email-a) sayt tərəfindən səsinizi təsdiqləmək üçün məktub gələcəkdir.
5. Verdiyiniz səsi təsdiqləmək üçün gələn məktubda mütləq "Confirm....." yazılı linki (keçidi) klik edin (tıklayın).
6. Bundan sonra ekranda “Thank you...” cümləsi olan təşəkkür səhifəsi açılacaq. Deməli, verilən səs hesablanıb.
7. Sonda “Thank you...” cümləsi olan təşəkkür səhifəsinin linkini (elektron ünvanı) kopyalayıb öz elektron poçt ünvanınızdan  (naftalan.petisiya@gmail.com) 
elektron poçta ünvanına  göndərməlisiniz.

Məktubun “Mövzu” sətirində səs verənin adı, soyadı, mətn yerində isə “Thank you...” cümləsi olan təşəkkür səhifəsinin linki (elektron ünvanı) verilməlidir.

Petisiyanın mətni


Biz Obama Administrasiyasına Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə petisiya ilə müraciət edirik:
AŞPA-nın 2085 saylı qətnaməsində vurğulanan:
Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi faktını;
Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbini;
Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olduğunu;
Azərbaycanın  işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyini;
ATƏT-in Minsk Qrupunun torpaqlarımızın işğaldan azad edilməsində heç bir nəticə əldə etmədiyini nəzərə alaraq,
Biz Administrasiyanı AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırıq.

Keçidlər