Şriftin ölçüsü :

Saytın rəngi :

"2 fevral-Gənclər günü" qeyd olundu.

02 fevral 2016 | 16:00

  02 fevral 2016-cı il tarixdə Naftalan şəhərində "2 fevral-Gənclər günü"  münasibətilə tədbir keçirilmişdir. Gənclər ilk olaraq ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda dahi öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək  önünə çiçək  düzüblər.
      Tədbiri giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin sədri Aynurə Novruzova gəncləri təbrik edib, onlara uzun ömür, can sağlığı və Azərbaycanın çiçəklənməsi naminə uğurlar arzulayıb.
         YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev çıxış edərək   bildirib ki, görkəmli dövlət xadimi, Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də onun ölkənin ali rəhbərliyinə qayıtdıqdan sonra dərhal sonra unudulmuş, başlı-başına buraxılmış gənclər siyasətinin canlandırması oldu. Hazırda bu siyasət cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Sonra Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elman Şərəfxanov qeyd edib ki, Azərbaycan gəncləri həmişə vətənə böyük sevgiləri, mənsub olduqları xalqa dərin sədaqəti ilə fərqləniblər. Müstəqillik tariximizin ən şanlı səhifələri məhz gənclərin adı ilə bağlıdır.
      Sonda şəhərin ictimai-siyasi həyatında fəallıqları ilə seçilən  gənclərin bir qrupuna diplomlar təqdim edildi və şəhərin ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında "2 fevral-Gənclər günü"  münasibətilə keçirilən bilik yarışının qalibləri mükafatlandırıldı.

Keçidlər