Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər qadınlarının konfransı keçirilmişdir.

30 mart 2013 | 16:00

 

29 mart 2013-cü il tarixdə Naftalan şəhərində Azərbaycan Qadınlarının IV Qurultayına hazırlıq mərhələsində Naftalan şəhər Qadınlarının konfransı keçirilmişdir. Tədbirdə şəhər rəhbəri, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və  şəhərin idarə, müəssisə, təşkilatlarında çalışan, eləcə də şəhərin ictimai-siyasi həyatında yaxından iştirak edən  aktiv qadınlar iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə  Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq  onun əziz xatirəsini yad etmişlər.
      Konfransda giriş sözü ilə çıxış edən Naftalan şəhər İcra Hakimiyyətinin Başçısı Natiq Aslanov ilk öncə konfrans iştirakçılarını salamladı və bildirdi ki, şəhər əhalisinin 51 faizini qadınlar təşkil edir, Naftalan  ictimaiyyəti hər zaman qadınların fikirlərini dəstəkləyir və onlara hörmətlə yanaşır. Şəhər  İcra Hakimiyyətinin Başçısı  yekunda şəhərin qadınlarına can sağlığı və işlərində uğurlar arzuladı.
       Sonra Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış dərək dövlət-qadın münasibətlərindən və dövlət quruculuğunun müxtəlif sahələrində qadınların daimi rolundan bəhs etmişdir. Eyni zamanda O, qadınların hüquqlarının qorunmasında ölkə rəhbərliyinin həyata keçirdiyi geniş islahatlar və gördüyü işlər barədə də ətraflı məlumat vermişdir.
       Konfransın sonunda Naftalan şəhər qadınlarından 3 nəfər Azərbaycan Qadınlarının IV Qurultayına nümayəndə seçildi.

Keçidlər