Şriftin ölçüsü :

Saytın rəngi :

"2 fevral-Gənclər günü" münasibətilə bilik yarışı kecirildi.

01 fevral 2016 | 16:00

   YAP Naftalan şəhər təşkilatı və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 01 fevral 2016-cı il tarixdə  "2 fevral-Gənclər günü" münasibətilə şəhərin  ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında bilik yarışı kecirilmişdir. Tədbirin keçirilməsində məqsəd onların dünya görüşünün formalaşması, biliklərinin artırılması və bacarıqlarının aşkarlanması olmuşdur.
     Tədbirdə şəhərin 3 ümumtəhsil  məktəbinin komandaları iştirak etmişdir. Maraqlı mübarizə ilə keçən yarışda Z.Rüstəmov  adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbin komandası I yeri, İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin komandası II yeri, S.Vurğun adına 2 nömrəli tam orta məktəbin komandası isə III yeri  tutub.

Keçidlər