Şriftin ölçüsü :

Saytın rəngi :

“Novruz“ bayramı münasibəti ilə Naftalan şəhərində yerləşən N saylı hərbi hissənin əsgər və zabitləri ilə görüş keçirilmişdir.

20 mart 2013 | 16:00

 19 mart 2013-cü il tarixdə  Naftalan şəhərində yerləşən N saylı hərbi hissədə “Novruz“ bayramı münasibəti ilə bayram tədbiri keçirilmişdir. Əsgərlərlə bayram görüşündə şəhər rəhbərliyi və idarə, müəssisə rəhbərləri iştirak etmişlər.
       Şəxsi heyət ilə görüşdə çıxış edən Naftalan şəhər İcra Hakimiyyətinin Başçısı Natiq Aslanov Novruz bayramı münasibəti ilə əsgər və zabitlərimi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulamışdır.
       Daha sonra qonaqlar əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, onlarla söhbətlər aparmış və onlara bayram sovqatları çatdırmışlar.
      Tədbir şəhər Mədəniyyət evinin kollektivinin hazırladığı rəngarəng konsert proqramı ilə davam etmişdir.

Keçidlər