Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblərdə “Narkomaniya-ağ ölüm“ mövzusunda tədbirlər keçirilib.

27 noyabr 2015 | 16:00

     Naftalan şəhərində 26-27 noyabr  2015-сi il tarixlərdə şəhərin ümumtəhsil məktəblərində və şəhər Peşə məktəbində “Narkomaniya-ağ ölüm“ mövzusunda silsilə tədbirlər keçirilib. Tərbirdə şəhər Polis şöbəsinin əməkdaşları, şəhər İcra Hakimiyyəti aparatının nümayəndələri, məktəblərin yuxarı sinif şagirdləri və müəllim kollektivləri iştirak ediblər.
      Tədbiri keçirməkdə əsas məqsəd narkomaniyanın insan həyatı üçün nə dərəcədə təhlükəli olduğunu geniş insan kütləsinə çatdırmaq və gəncləri bu təhlükəli yola düşməkdən çəkindirmək, gənc nəsli sağlam həyat tərzi keçirməkdə maarifləndirməkdən ibarət olub.
      Tədbirdə çıxış edənlər müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, səbəb olduğu faciələr barədə geniş məlumat verdilər. Natiqlər yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə söhbət açaraq gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli işlərdən danışdılar və müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğuladılar. Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırıblar.

Keçidlər