Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda bərk məişət tullantılarının idarəçiliyi ilə bağlı mövcud vəziyyətin müzakirəsi aparılıb.

01 sentyabr 2015 | 15:00

01.09.2015-ci il tarixdə Azərbaycan Respublikasında Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli strategiyanın hazırlanması mərhələsində Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə seçilmiş Almaniyanın “BN İngenieure Consortium“ beynəlxalq məsləhətçi şirkətinin nümayəndə heyəti Naftalan şəhərində olub.
      Naftalan Şəhər İcra Hakimiyyətində nümayəndə heyətinin şəhər rəhbərliyi ilə görüşü keçirilib. Şəhərdə bərk məişət tullantılarının idarəçiliyi ilə bağlı mövcud vəziyyətin müzakirəsi aparılıb.

Keçidlər