Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil xəzinədir,əmək onun açarı.

13 avqust 2015 | 15:00

 

Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rzayeva Cəmilə Azər qızı I sinifdən XI sinifədək əla qiymətlərlə oxuyub, nümunəvi davranışı, intellektual səviyyəsi və istedadı ilə sinif yoldaşlarından fərqlənmişdir.
     Rzayeva Cəmilə Azər qızı məktəblilərin fənn olimpiadasının final mərhələsində tarix fənni üzrə II yer tutmuş, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Gümüş” medalla və Fəxri Fərmanla təltif edilmiş, ona hədiyyə olaraq planşet təqdim edilmişdir.
    Məktəb rəhbərliyi tərəfindən tədris ilinin sonunda Cəmilə Rzayevanın qızıl medalla təltif olunması üçün onun namizədliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilmişdir.
     Bu göstəricilərinə görə Cəmilə Rzayeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin 7 avqust 2015-ci il tarixli, 862 nömrəli əmri ilə “Qızıl medalla” təltif olunmuşdur.
     Cəmilə Rzayeva ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 686 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsinə  qəbul olmuşdur.Şagirdimizi bu münasibətlə təbrik edir,işlərində və tələbəlik həyatında ona uğurlar arzu edirik.

Keçidlər