Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda təhsilə qayğı öz bəhrəsini verir

24 iyun 2015 | 15:00

 

Naftalan kurort şəhərində aparılan quruculuq-abadlıq, yenidənqurma  işləri ilə yanaşı, təhsilin də inkişafına xüsusi diqqət yetirilir. Şəhərin və tabeliyində olan kənd  tam orta məktəbləri əsaslı təmir olunub. Məktəblərin maddi-texniki bazası gücləndirilib, qış mövsümündə məktəblər fasiləsiz olaraq istiliklə təmin edilib.
      Şəhər İcra Hakimiyyəti tərəfindən məktəblərdə davamiyyətə və dərs prosesinin gedişatına mütəmadi olaraq nəzarət edilir. Həmçinin şəhər Təhsil Şöbəsinin təsdiq etdiyi  "Tədbirlər Planına" əsasən tədris ili ərzində məktəblərarası  toplantılar, rəsm, inşa,  bilik və mahnı müsabiqələri, yarışlar təşkil olunur.
      Bütün bunların nəticəsidir ki, şəhər və rayonlar üzrə Respublikanın bütün orta ümumtəhsil müəssisələrində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə əsasən, Naftalan şəhəri tam orta məktəblər arasında birinci yerə çıxıb..
     İnanırıq ki, bu uğurlu tendensiya məzunlarımızın ali məktəblərə qəbul imtahanı verməsi zamanı da özünü göstərəcəkdir.
     Şəhər və rayonlar üzrə buraxılış imtahanlarının nəticələrinə dair statistik məlumatları  /http://tqdk.gov.az/news/school-leaving/1379/  linkindən əldə etmək olar.

Keçidlər