Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalandakı turistlər ilk avropa oyunlarını istirahət edərək izləyir

19 iyun 2015 | 15:00

Azərbaycan tarixinə yazılacaq ilk Avropa Oyunları yaxın gələcəkdə turizminin inkişafına öz təsirini göstərir.Qeyd edək ki, I Avropa Oyunları ölkəmizin turizm potensialının təbliğinə də böyük imkanlar açır. Təbii ki, Avropa Oyunlarından sonra ölkəyə turist axını daha da  güclənəcək.
      İstər Avropa Oyunları zamanı, istərsə də digər vaxtlarda Naftalana istirahət və müalicəyə gələn qonaqlara, xarici turistlərə keyfiyyətli xidmətin göstərilməsi hər zaman prioritet təşkil edir. Əminliklə deyə bilərik ki, Birinci Avropa Oyunları zamanı ölkəmizə, o, cümlədən Azərbaycanın möcüzəli Naftalanına istirahətə və şəfa tapmağa gələn qonaqlara, turistlərə yüksək səviyyədə keyfiyyətli xidmət göstərilir.
      Hətta onların ilk avropa oyunlarını istirahət edərək həyacanla   izləyə bilmələri üçün açıq havada da hər cür şərait yaradılıb.

Keçidlər