Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda tibb işçilərinin peşə bayramı qeyd olundu

17 iyun 2015 | 15:00

İyunun 17-də şəhər Xəstəxanasında  tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan  xəstəxanasının baş həkimi  İsmayıl Muradov səhiyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdıraraq  şərəfli işlərində uğurlar arzulayıb.
     Çıxış edəndlər səhiyyə sahəsinə göstərilən dövlət qayğısından, yeni-yeni tibb müəssisələrinin yaradılmasından danışıb, eləcə də bu gün səhiyyə işçilərinə öz şərəfli peşələrini layiqincə yerinə yetirmələri üçün geniş imkanlar yaradıldığı iştirakçıların diqqətinə çatdırıb.  Səhiyyə sahəsinə göstərilən hərtərəfli dövlət qayğısından danışaraq, onların üzərində daha böyük məsuliyyət olduğu qeyd edilib və ölkə başçısı cənab İlham Əliyevə onlara göstərilən hər cür diqqətə görə təşəkkürlərini bildiriblər.

Keçidlər