Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblərdə "Son zəng" çalındı

29 may 2015 | 15:00

 

Mayın 29-da respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərinin ümumtəhsil məktəblərində də sonuncu zəng çalınıb. Məktəblərin "Son zəng" mərasiminə şəhər İcra Hakimiyyətinin və Təhsil şöbəsinin məsul işçiləri də qatılıbl. Mərasim Dövlət himninin səsləndirilməsiylə başlayıb.
     Azərbaycan Respublikası Təhsil Nazirliyinin  qərarına əsasən məzun günü ilə bağlı təşkil olunan tədbirlər məktəb daxilində keçirilib və mərasimlərdə vətənpərvərliyə, dövlətçiliyə həsr olunan şeirlər səsləndirilib. Tədbirdə iştirak edən Təhsil şöbəsinin rənbərliyinin, qabaqcıl müəllimlərin, valideynlərin, əlaçı şagirdlərin çıxışları dinlənilib.
     Çıxış edənlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb.
    Son zəngin çalınması musiqi sədaları altında səmaya rəngbərəng şarların buraxılması ilə müşayət olunub. Eyni zamanda   ümumşəhər tədbirıərində fəal iştiraklarına   və təhsildəki uğurlarına görə bir qrup müəllim və şagir  diplom və fəxri fərmanlarla təltif olunub.

Keçidlər