Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblərdə Narkomaniya-ağ ölüm “ mövzusunda tədbirlər keçirilib.

27 may 2015 | 15:00

Naftalan şəhərində 25-27 may 2015-сi il tarixlərdə şəhərin tam orta məktəblərində “Narkomaniya-ağ ölüm“ mövzusunda silsilə tədbirlər keçirilib. Tərbirdə şəhər Polis şöbəsinin əməkdaşları, şəhər İcra Hakimiyyəti aparatının nümayəndələri, məktəblərin yuxarı sinif şagirdləri və müəllim kollektivləri iştirak ediblər.
      Tədbiri keçirməkdə əsas məqsəd narkomaniyanın insan həyatı üçün nə dərəcədə təhlükəli olduğunu geniş insan kütləsinə çatdırmaq və gəncləri bu təhlükəli yola düşməkdən çəkindirmək, gənc nəsli sağlam həyat tərzi keçirməkdə maarifləndirməkdən ibarət olub.
      Tədbirdə   çıxış edənlər bəşəriyyəti məhvə sürükləyən narkomaniyanın törətdiyi ağır fəsadlardan, onun cinayətlərə yol açmasından danışıb, yeniyetmə və gənclərin belə hallardan uzaqlaşdırılması sahəsində hər kəsin üzərinə düşən məsuliyyəti xatırladıb.

Keçidlər