Şriftin ölçüsü :

Saytın rəngi :

Çoxmənzilli yaşayış binalarında aparılan əsaslı təmir işləri başa çatdırılıb.

26 may 2015 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 fevral 2011-ci il tarixində şəhərimizə səfəri çərçivəsində ictimaiyyətlə görüşü zamanı Naftalanın inkşafının vacibliyini xüsusi qeyd edərək qarşıya belə bir vəzifə qoymuşdur ki,   turizm sahəsi ilə yanaşı şəhərdə bütün binalar təmir olunmalı, parklar, yeni xiyabanlar salınmalı və Naftalan nəinki Azərbaycanda, dünyada tanınan kurort şəhərinə çevrilməlidir. Daha sonra Möhtərəm Prezident əminliklə qeyd etmişdir ki, bir neçə ildən sonra bu bölgədə Naftalan kimi gözəl yaraşıqlı, rahat şəhər olmayacaqdır.
      Bu səfərin üzərindən qısa zaman keçməsinə baxmayaraq Naftalanda turizmin inkişafı üçün əlverişli şərait yaradılmış, eləcə də şəhərdə başlanan abadlıq və quruculuq işləri çərçivəsində uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinə başlanılmışdır. Belə ki, çoxmənzilli yaşayış binalarının fasadları milli memarlıq üslubuna uyğun olaraq aqlay daşla üzlənmiş, müasir dizaynla işıqlandırılmış, mənzillərə yeni plastik pəncərələr quraşdırılmış, binaların dam örtükləri müasir üslubda yenidən qurulmuş, dəhlizləri təmir olunmuşdur. Yüksək mərtəbəli yaşayış binalarına müasir tipli liftlər quraşdırılmışdır.
      Artıq bütün çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri tam başa çatdırılıb. Bütün bu işlərin nəticəsində də şəhərin estetik görünüşü gözəlləşib. Hazırda küçə və yollarda, binaların həyətlərində abadlıq işləri aparılır.

Keçidlər