Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində “28 May- Respublika günü ” münasibətilə “Şeir müsabiqə”si keçirilib.

26 may 2015 | 15:00

26.05.2015-ci il tarixdə Naftalan Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Naftalan şəhər Təşkilatı Gənclər Birliyi və Naftalan şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “28 may Respublika günü” münasibətilə şəhər məktəblərinin arasında ədəbiyyata, bədii qiraətə marağın artırılması məqsədilə “Şeir müsabiqə”si keçirilib.   
        Müsabiqənin sonunda I yeri İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin VIII b sinif şagirdi Fərəcova Səyyarə Elçin qızı, II yeri İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin II b sinif şagirdi Salmanov Seymur Müşfiq oğlu, III yeri isə S.Vurğun adına 2 nömrəli tam orta məktəbin X b sinif şagirdi Paşayeva Bahar Rövşən qızı tutmuş, 5 şagird isə həvəsləndirici yerə layiq görülüb.   
       Qaliblər YAP Naftalan şəhər Təşkilatı və Naftalan şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom, fəxri fərman, tərifnamə ilə təltif edilib və onlara qiymətli hədiyyələr təqdim olunub.
        Müsabiqəyə  şəhər musiqi məktəbinin kollektivinin hazırladığı konsert proqramı ilə yekun vurulub.

Keçidlər