Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün dəyirmi masa keçirildi.

28 aprel 2015 | 15:00

 

28.04.2015-ci il tarixdə  sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Kurortların inkişaf perspektivləri", "Biznes və insan hüquqları" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında dəyirmi masa keçirilmişdir.
    Tədbir İqtisadiyyat və Sənaye Nazilriyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilmişdir.
    "Biznes planların və investisiya layihələrinin hazırlanması" “Naftalan şəhərində kurortların inkişafı”, "Biznes və insan hüquqları" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında təşkil edilən dəyirmi masada biznes ideyanın yaradılması və biznes planların tərtib edilməsi, kurort işçilərinin peşə səviyyəsinin yüksəldilməsi, kurort infrastrukturunun inkişaf etdirilməsi, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə iştirakçılara geniş məlumat verilidi
     Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər