Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika fənn olimpiadasında "Gümüş" medal qazanmış şagirdlə görüş keçirildi.

27 aprel 2015 | 15:00

 

     27.04.2015-ci il tarixdə  Naftalan şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rzayeva Cəmilə Azər qızı ilə məktəbin akt zalında görüş keçirildi. Rzayeva Cəmilə Azər qızı Respublika fənn olimpiadasında tarix fənni üzrə II yerə çıxaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Gümüş” medalla təltif olunmuşdur.
    Həmçinin  Cəmilə Rzayeva və onun fənn müəllimi Sədrəddin Muradov şəhər Təhsil şöbəsi tərəfindən Fəxri Fərmanla təltif edilmiş, məktəb rəhbərliyi tərəfindən qiymətli hədiyyələrlə  mükafatlandırılmışlar. Sonda  Cəmilə Rzayevanı təbrik etmək üçün şagirdlər tərəfindən kompozisiya nümayiş etdirildi.
    Şagirdimizi təbrik edir və gələcək həyatında daha  böyük uğurlar arzulayırıq.

 

Keçidlər