Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş mini-futbol turnirinə start verildi.

20 aprel 2015 | 15:00

       Yeni Azərbaycan Partiyasının Naftalan şəhər Təşkilatının  və  şəhər  Gənclər  və İdman İdarəsinin təşkilatçılığı  ilə  şəhərin idarə, müəssisə və təşkilatları arasında  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş mini-futbol turnirinə start verildi.
      Turnirdə iki qrup  üzrə 12 komanda iştirak edir. Yarışa Uşaq Gənclər İdman məktəbinin məşqçi-müəllimləri hakimlik edir. Yarışın qalibləri Yeni Azərbaycan Partiyasının Naftalan şəhər təşkilatının  və  şəhər  Gənclər və İdman idarəsinin təsis etdiyi "Kubok" və “Fəxri fərman”larla  mükafatlandırılacaqdır.
     Komandalara yarışda uğurlar arzulayırıq!

Keçidlər