Şriftin ölçüsü :

Saytın rəngi :

Körpələr evi Uşaq bağçasında Xocalı faciəsinin iyirmi üçüncü ildönümü qeyd olundu.

24 fevral 2015 | 16:00

Naftalan şəhər Körpələr evi-uşaq bağçasında  Xocalı faciəsinin iyirmi üçüncü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Körpələr evi Uşaq bağçasının rəhbərliyi Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün  görülməsi vacib olan işlər barədə ətraflı məlumat vermişdir.. Bildirilmişdir ki, bu faciəsinin dünya ictimaiyyətə çatdırılması üçün ümummilli lider Heydər Əliyevin böyük əməyi olmuşdur
       Sonda uşaqların ifasında ədəbi-bədii kompozisiya təqdim edilmişdir və soyqrıma aid şerlər söylənilmişdir.

Keçidlər