Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevə həsr olunmuş növbəti açıq dərs keçirilib.

18 fevral 2015 | 16:00

17 fevral 2015-ci il tarixdə Naftalan şəhər Heydər Əliyev Mərkəzində şəhərin ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə “Ümummilli lider Heydər Əliyevin fəaliyyəti” mövzusunda növbəti açıq dərs tədris olunmuşdur.
     Şagirdlər  öncə Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Sonra Heydər Əliyev  Mərkəzinə gələrək  Ümummilli liderin həyatının, çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən material və fotoşəkillərlə tanış olmuşlar.
     Daha sonra şəhər tam orta məktəblərinin tarix müəllimləri tərəfindən  dərsə başlanılmış və şagirdlərə Ulu Öndərin həyatı, fəailiyyəti barədə geniş məlumatlar verilib. Onların diqqətinə çatdırılıb ki, dahi öndərin həyatını vərəqləsək Azərbaycan xalqına misilsiz xidmətlərinin parlaq nümunələri gözlərimiz önündə canlanar.
      Bildirilib ki, Azərbaycan xalqı üçün Heydər Əliyev dahi və əvəzolunmaz tarixi şəxsiyyətdir. Ulu Öndərin zəngin irsinin gənclərimiz tərəfindən dərindən öyrənilməsinin vacibliyi şagirdlərin diqqətinə çatdırılıb.

Keçidlər