Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Naftalan şəhər təşkilatı “20 Yanvar-Qan Yaddaşımız” mövzusunda tədbir keçirib

16 yanvar 2015 | 16:00

Tədbirdə çıxış edən partiya sədri Hatəm Qocayev 20 Yanvar faciəsinin baş vermə səbəbləri ilə bağlı ətraflı məlumat verib.
     Partiya sədri bildirib ki, bu faciə Azərbaycanın ərazi bütövlüyünün birbaşa pozulması cəhdidir: «Həmin gün keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə qarşı etiraz etmək üçün küçələrə çıxmış əhaliyə qanlı divan tutuldu. Əhalinin Bakıya yeridilən ağır hərbi texnikaların köməkliyi vəhşicəsinə dağıdılması, təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi deyil, həm də azərbaycanlıların öz tarixi torpaqlarından sıxışdırılıb çıxarılması bağlı əsrlər boyu aparılan mənfur siyasətin davamı idi. Bu hadisədən sonra Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyünə və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına inamını birdəfəlik itirdi».
H.Qocayev  bu faciə zamanı xalqın iflic vəziyyətinə və informasiya blokadası vəziyyətinə salındığını qeyd edib: «Radio və televiziyanın enerji bloku rus hərbçiləri tərəfindən partladılması nəticəsində Azərbaycan ölü bir dənizə bənzəyirdi. Xalq ağır və dəhşətli faciədən xəbərsiz idi. Baş verən faciə nəticəsində 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər isə qanunsuz həbs olundu. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar da vardı. Yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində xalqla birlikdə olduğunu bəyan etdi və bu faciəyə siyasi qiymət verdi. O, baş verən hadisənin hüquqa, demokratiyaya, hümanizmə ziddi olduğunu, mərkəzin və o dövrkü respublika rəhbərlərinin günahı üzündən yol verlimiş kobud siyasi səhv oluğunu göstərdi».
     YAP  sədri sonda vurğulayıb ki, Azərbaycan prezidenti Heydər Əliyevin 2000-ci ilin yanvarın 17-də imzaladığı fərmanla bu faciə zamanı həlak olanlara «20 Yanvar şəhidi» Fəxri adı verildi.
  Allah şəhidlərimizə rəhmət eləsin.

Keçidlər