Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalana gələn turistlərin sayı artıb

19 dekabr 2014 | 16:00

Ölkəmizdə kurortun inkişafı dövlətin sosial-iqtisadi siyasətinin tərkib hissəsidir. .         
     Naftalan şəhəri unikal müalicəvi əhəmiyyətə malik olan “naftalan” nefti ilə məşhurdur. SSRİ dönəmində Naftalan kurortu  İttifaqda fəaliyyət göstərən kurortlar arasında öz müalicəvi əhəmiyyətinə və 80-85 faiz  effektlik əmsalına görə ön sırada olub. Naftalan nefti Azərbaycanın ən qiymətli təbii sərvətlərindən biridir. Naftalan şəhərinin iqtisadiyyatının əsasını kurort sanatoriya xidməti təşkil edir “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 fevral 2009-cu il tarixli Sərəncamından irəli gələn məsələlərlə əlaqədar Naftalanda geniş tədbirlər həyata keçirilmiş və bu gündə davam etdirilir. Son illər burada  beş ulduz səviyyəli yeni istirahət və sağlamlıq mərkəzləri tikilib istifadəyə verilmişdir.
    Həm müalicə, həm də istirahət etmək məqsədilə şəhərə müalicə və istirahətə gələn yerli və xarici qonaqlara yüksək səviyyəli xidmətlər göstərilməsi məqsədilə sanatoriyalarda hər cür şərait yaradılmışdır. Bu da öz növbəsində Naftalana Azərbaycandan kənarda da marağın artmasına səbəb olmuş və xaricdən buraya gələnlərin sayına müsbət təsir göstərmişdir.  Hazırda  müalicə və istirahətə gələn turistlərin sayı son 5 illə müqayisədə  6 dəfə artaraq 15 min  nəfərə çatmışdır.
    Eyni zamanda digər ölkələrin kurort şəhərləri 2011-ci ildən başlayaraq Naftalan şəhəri ilə beynəlxalq  əlaqələr qurmağa başlamış, hazırda turizm və mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafı məqsədilə Naftalan şəhəri Fransanın Leql, İtaliyanın Pozitano, Rusiya Federasiyasının Yessentuki və Polşanın Uneyov şəhərləri ilə  əməkdaşlıq edir.
    Məlumat üçün bildiririk ki, Naftalan şəhərində bir gündə 2000 nəfər turistə sanatoriya-kurort xidməti göstərilə bilər.

Keçidlər