Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli liderin anım günü ilə əlaqədar film nümayiş etdirilib.

12 dekabr 2014 | 16:00

YAP Naftalan şəhər Təşkilatı Gənclər Birliyinin təşəbbüsü  ilə  Ümummilli liderin anım günü ilə əlaqədar “Azərbaycan naminə” adlı film  nümayiş etdirilib.
    Əvvəlcə tədbir iştirakçıları ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etmişlər.
    Sonra YAP Naftalan şəhər Təşkilatı Gənclər Birliyinin  sədri Aynurə Novruzova və YAP-nın fəal gəncləri çıxış edərək  bildirmişlər ki, 12  dekabr  2003-cü il Azərbaycanın tarixinə qara hərflərlə yazıldı. Həmin gün Azərbaycan xalqı öz böyük və xilaskar oğlu, bu dövlətin qurucusu Heydər Əliyevi cismən itirdi. Hər ilin 12 dekabrında bütün dünya azərbaycanlıları milli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir. Çünki onun bütün həyat və fəaliyyəti milli-mənəvi inkişafımızın tərkib hissəsi olan milli özünüdərkin, özünütəsdiqin, milli birlik ideyasının, hissiyətin sağlamlaşması və bərpasına həsr olunmuşdur. O, bizə hər gün inkişaf edən, dünya birliyində qabaqcıl yer tutan, özünün qurub-yaratdığı bir Azərbaycan adlı məmləkəti əmanət qoyub getdi.
     Eyni zamanda gənclər vurğulayıb ki, görkəmli dövlət xadimi, müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də onun ölkənin ali rəhbərliyinə qayıtdıqdan dərhal sonra unudulmuş, başlı-başına buraxılmış gənclər siyasətini canlandırması oldu. 1994-cü ildə Gənclər və idman Nazirliyini yaratdı və ölkəmizdə gənclərlə iş, idmanın inkişafına qayğı dövlət siyasəti səviyyəsinə qaldırıldı.
     Gənclərə, onların təhsilinə, asudə vaxtlarının təşkilinə göstərilən qayğı, təbii ki, hədər getməmişdir. Bu gün ölkəmizdə ulu öndərimizin arzuladığı kimi vətənimizin sabahını etibarlı şəkildə qura biləcək, mənəvi cəhətdən yetkin, fiziki cəhətdən sağlam gənclər yetişmişdir
     Sonda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş  sənədli film nümayiş etdirilib.

Keçidlər