Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində “Xəmsə” milli intellektual oyunu üzrə III Azərbaycan çempionatının şəhər birinciliyi keçirildi.

24 oktyabr 2014 | 15:00

24 oktyabr 2014-cü il tarixdə Naftalan şəhərində Səməd Vurğun adına   2№-li tam orta məktəbin akt zalında Gənclər və İdman Nazirliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “Xəmsə” milli intellektual oyunu üzrə III Azərbaycan çempionatının Naftalan şəhər birinciliyi keçirilmişdir.Yarışda şəhərin İ.Nəsimi adına 1 №-li tam orta məktəbin “Evrika”, 2№-li tam orta məktəbin “Məzunlar” və Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbin “İntelligent” komandaları mübarizə aparmışdır. Yarışda əsasən şəhər və kənd tam orta məktəbin 14-17 yaşlı yeniyetmələri iştirak etmişdir. Yarışın şəhər mərhələsinin keçirilməsi intellektual oyunların yeniyetmələr arasında təbliği, istedadlı yeniyetmələrin üzə çıxarılması, yeniyetmələrin dünyagörüşünün və intellektual səviyyəsinin genişləndirilməsi, onların asudə vaxtlarının səmərəli və mənalı təşkili, həmçinin çempionatın zona mərhələsində iştirak edəcək komandanın müəyyənləşdirilməsi məqsədi daşımışdır. Çempionatın final oyununun nəticəsinə əsasən Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbin “İntelligent” komandası I yeri tutaraq çempionatın zona mərhələsində iştirak etmək hüququ qazanmışdır.Şəhərin 1№-li tam orta məktəbin “Evrika” komandası II yeri, şəhər 2№-li tam orta məktəbin “Məzunlar” komandası III yeri tutmuşdur. Sonda qalib komandalara hədiyyələr təqdim edilmişdir. 

Keçidlər