Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində Qurban bayramı qeyd olunub

04 oktyabr 2014 | 15:00

Naftalan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərdə müqəddəs bayramlardan olan “Qurban  bayramı” qeyd olunub.
      Şəhər İcra Hakimiyyətinin rəhbərliyi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə şəhər əhalisini ürəkdən təbrik edib və şəhərdə həyata keçirilər sosial yönümlü işlər barədə məlumat verib..
       Daha sonra Qurban bayramı münasibətilə şəhərdə yaşayan aztəminatlı ailələrə, imkansızlara, Çernobl, Qarabağ və digər əlillərə, şəhid ailələrinə, Qarabağ və Böyük Vətən müharibəsi iştirakçılarına, eləcə də yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə. qurban payları paylanılıb.

Keçidlər