Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda İqtisadiyyat və Sənaye Nazilriyinin əməkdaşları tərəfindən dəyirmi masa keçirilib.

11 sentyabr 2014 | 15:00

11 sentyabr 2014 cü ildə Naftalan şəhərində  “Biznes ideyası yarat, öz biznesinə başla”, “Naftalan şəhərində kurortların inkişaf perspektivləri” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında tədbir keçirilmişdir.
     Keçirilən tədbiri giriş sözü ilə Naftalan şəhər icra hakimiyyəti başçısının müavini Afət Cabbarova açıb. Sonra BBTM Gəncə nümayəndəliyinin rəhbəri Rövşən Novruzov seminar və keçirilən mövzular barədə geniş məlumat verib.
     “Naftalan şəhərində kurortların inkişaf perspektivləri” mövzusu üzrə Naftalan şəhər icra hakimiyyəti başçısının müavini çıxış edib.
     “Biznes ideyası yarat, öz biznesinə başla” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzuları kinoproyektor vasitəsilə təqdim olunub. Mövzu çərçivəsində www.icazeler.gov.az,  www.b2b.az  və s. göstərilən xidmətlər barədə də məlumat verilib.
   Seminar çox işgüzar və interaktiv şəkildə keçirilib. İştirakçılara  BBTM-nin  dəftərçəsi və müxtəlif metodik vəsaitləri paylanılıb.

Keçidlər